Hayların növbəti sülhdənqaçma oyunu
Hayların növbəti sülhdənqaçma oyunu
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
– Ermənistanın siyasi subyekt kimi nə çəkisi, nə də rolu var. Biz Ermənistanla danışıqlar aparırıq, ancaq bu ölkə öz sözünə heç vaxt sadiq qalmır.
Biz baş verən hadisələrdə üçüncü tərəflərin roluna nəzər yetirməliyik. Etiraf etməliyik ki, istər Vaşinqton danışıqları, istərsə də Brüssel formatında keçirilən görüşlər Rusiyanın maraqları ilə toqquşur. Rusiya Ermənistanın güc strukturlarında, orduda olan “beşinci kolon”undan, yəni, öz adamlarından hər dəfə çox məharətlə istifadə edir.
Nəticədə mayın 10-u axşamdan başlayan və mayın 11-də davam edən təxribata bənzər hadisələr olur. Məqsəd odur ki, ya Qərbin təşəbbüsü olan danışıqlar prosesi reallaşmasın, ya da neqativ fonda keçirilsin.
Bu dəfə də həmin ssenari icra olunur. Brüsseldə gözlənilən danışıqlar fonunda sərhəddə ənənəvi təxribat törədildi. Nikol Paşinyan mayın 14-dəki danışıqlara qatılacağını bildirsə də, hər halda, tərəflərin görüşü üçün neqativ fon yarandı.
https://xalqqazeti.az/siyaset/127625-haylarin-novbeti-sulhdenqacma-oyunu
Комментарии: