6 мая 2023 г.

Haylar siyasi isterika içərisində



"Xalq qazeti", 

Siyasi ekspert Rizvan Hüseynov 

“Xalq qəzeti”nə açıqlamasında Pa­şinyanın, həqiqətən də, çox çətin durumda olduğunu bildirib. Qeyd edib ki, baş nazir daxili siyasi məsələlə­ri nəzərə almadan xarici siyasətdə, ələlxüsus, Azərbaycanla sülh müqa­viləsi üzrə danışıqlarda tam sərbəst iştirak edə bilmir: “Paşinyan bütün ad­dımlarını daxili auditoriyanı, müxalif si­yasi partiyaları, əsasən Rusiyaya bağlı olan qüvvələri nəzərə alaraq atır. Bu siyasi düşərgənin ona hansı zərbələri vura biləcəyini götür-qoy edir. Problem ondadır ki, əsas siyasi müxalifət Qara­bağ klanının, bu klanın başçısı Robert Koçaryan, Serj Sarkisyan və Seyran Ohanyanın ətrafında cəmləşib. Bun­lar da Rusiyaya bağlıdırlar və oradan güclü dəstək alırlar. Üstəlik, Qarabağ klanının təmsilçiləri güc strukturlarında, orduda böyük vəzifələrdə yerləşiblər. Yəni, prosesərə təsir etmək üçün alət­ləri var. Cəmiyyətdə sabitliyi pozmaq üçün həm maliyyə baxımından imkan­lara malikdirlər, həm də qeyd etdiyim kimi, dövlət orqanlarına nüfuz ediblər”.

Rizvan Hüseynov qeyd edib ki, hət­ta, son vaxtlar Paşinyanın fiziki olaraq aradan götürülməsi barədə informa­siyalar yayılır: “Ona görə də Paşinyan bu çətin durumda Azərbaycanla sülhə dair qərar qəbul etməkdən çəkinir. Nə­ticə etibarilə, ABŞ-dakı son danışıqlar göstərdi ki, Moskvanın təsiri olmadan Ermənistan heç bir qərar qəbul edə bilmir. Biz bilirik ki, bundan sonra Mos­kvada Azərbaycanla Ermənistan XİN başçılarının görüşü keçiriləcək. Bu görüşdən sonra – iyun–iyul aylarında da sülh müqaviləsinin hazırlanması ilə bağlı ciddi addımlar olmasa, Azərbay­can hərbi-siyasi yollarla istədiyini alma­ğa məcbur olacaq”. 

https://xalqqazeti.az/siyaset/127056-haylar-siyasi-isterika-icerisinde 

Комментарии: