2 мая 2023 г.


Nəhayət ki, Azərbaycan və Ermənistan problemlərin təkbətək müzakirəsi üçün imkan əldə etdi. Hələ bir ay bundan öncə ABŞ XİN başçılarının görüşünə hazırlığın anonsunu vermişdi. Bunu eşidən Rusiya və ona əlaltılıq edən Qarabağdakı separatçılar, eyni zamanda Ermənistan daxilindəki qüvvələr təxribatlara əl atdı.

Bu sözləri Axar.az-a Vaşinqtonda keçirilən Azərbaycan və Ermənistan XİN başçıları arasında görüşə Rusiya və separatçıların münasibəti haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

O, prosesin Rusiyanın monopoliyasından çıxarılmasının xüsusi önəm daşıdığını qeyd edib:

“Ötən ayın 11-də Dığ (Dağ) istiqamətində mövqelərimizin atəşə tutulması nəticəsində başlayan döyüş, yolunu azaraq Ermənistana keçən iki əsgərimizə cinayətkar damğasının vurulması, onlara işgəncə verilməsi və İrəvanda bayrağımızın yandırılmasının pərdə arxasında prosesi əngəlləmək məqsədi dayanırdı. Yəni görüşlərin ağır psixoloji, hərbi və siyasi ab-havada başlamasını, nəticəsiz bitməsini istəyənlər belə təxribatçı addımları atdılar. Bütün bunlara baxmayaraq Azərbaycan bütün həmlələrin sərt şəkilldə cavabını verdi və Laçında Ermənistanla sərhədə sərhəd-buraxılış məntəqəsi qurmağa nail oldu. İndi Vaşinqtonda başlayan görüşün İlham Əliyev və Paşinyan arasında növbəti görüşün baş tutmasına zəmin yaradacağına ümidlər artıb. Hazırki məqamda prosesin bölgədə qalmaq məqsədilə danışıqları uzadan Rusiyanın monopoliyasından çıxarılması xüsusi önəmə sahibdir. Bu, ümumi mənada müsbət siyasi ab-havanın formalaşmasına imkan verəcək və real şəkildə sülh müqaviləsinin hazırlanmasına, imzalanmasına gedən yolda imkanları daha da genişləndirəcək”.

Комментарии: