16 мая 2023 г.


Rizvan HÜSEYNOV

– Ümumiyyətlə, ayın əvvəlində Vaşinqtonda və bugünlərdə Brüs­seldə keçirilən görüşlərin önəmi çox böyükdür. Bu görüşlər Moskva­nın qurduğu dialoqun güclü alter­natividir. Eyni zamanda, Fransanın müdaxiləsinin qarşısının alınması­dır. Çünki biz görürük ki, Paris sül­hün əldə olunmasına heç bir forma­da dəstək vermir.

Əsas məsələlərdən biri, söz­süz ki, əsir götürülən əsgərlərimi­zin qaytarılmasıdır. Bu, prinsipial məsələdir. Onlar azaraq Ermənis­tan ərazisinə keçiblər və qeyri-dö­yüş şəraitində əsir götürülüblər. Ermənistan sülh danışıqlarında po­zitiv çalarlar əldə etmək istəyirsə, bu iki şəxsi qeyd-şərtsiz geri qay­tarmalıdır.

https://xalqqazeti.az/siyaset/127968-brussel-gorusu-iki-esgerimizin-qaytarilacagina-da-umidler-yaratdi 

Комментарии: