2 февраля 2023 г.

Tehrandakı Rusiya səfirliyinə hücumda erməni təxribatı - Tarixçi şok faktlar açıqladı - VİDEO


Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyindəki terror aktının arxasında kimin dayandığı ilə bağlı bir çox versiyalar mövcuddur. Bu hadisə dünyada səfirliklərə hücumun örnəyini yaratmış İranda Türkmənçay müqaviləsinin imzalanmasının birinci ildönümü günündə – 30 yanvar 1829-cu ildə (hicri təqvimi ilə 6 şaban 1244-cü il) başqa bir səfirliyə – Rusiya imperiyasının səfirliyinə hücum faktını xatırlatmağı zəruri edir.

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən Qafqaz Tarixi Mərkəzinin direktoru, tarixçi alim, ehtiyatda olan kapitan Rizvan Hüseynovun sözlərinə görə, düz 194 il əvvəl – 30 yanvar 1829-cu ildə Rusiyanın Tehrandakı səfirliyinə hücum edilib: "Nəticədə rus şairi və diplomatı Aleksandr Qriboyedovun rəhbərlik etdiyi, demək olar ki, bütün diplomatik nümayəndəlik həlak olub. Bu, Rusiya-İran müharibələrinə son qoyan 1828-ci il Türkmənçay müqaviləsindən bir il sonra Rusiya ilə Qacar ​​İranı arasında gərgin münasibətlər və mürəkkəb danışıqlar fonunda baş verib.

Müharibə 1827-ci ildə İrəvan xanlığının süqutuna gətirib çıxardı ki, bu da Qacar ​​şahının bəzi yaxın silahdaşlarını, o cümlədən vəzir Allahyar xanı, İrəvanın mühasirəsi zamanı əsir düşən və sonra sərbəst buraxılan İrəvan sərdarını və onun qardaşını qane edə bilməzdi. Bu çox nüfuzlu insanlar baş verənləri bağışlaya bilmədilər. Lakin odun üstünə atılan son neft damlası səfir Qriboyedovun ətrafında və Qacar ​​şahının sarayında olan bir neçə erməninin İranla Rusiya arasında yeni müharibə alovlandırmaq məqsədilə böyük təxribat törətmələri oldu. Onlardan Rüstəm Bensanyan adlı biri Qriboyedovu çox nüfuzlu vəzir Allahyar xanın hərəmi olan və guya Rusiyaya getmək istəyən iki erməni qadını Rusiya səfirliyində gizlətməyə razı salmışdı. Onlar Türkmənçay müqaviləsinin 15-ci maddəsinə istinad etdilər. Müqaviləyə görə, imzalandıqdan sonrakı bir il ərzində istənilən erməni Rusiyaya köçmək hüququna malik idi. Lakin İslamı qəbul edən və Allahyar xandan övladları olan bu qadınlar qətiyyən Rusiyaya getməyi xahiş etməmişdilər, onlar zorla aparılmışdılar. Buna görə də hadisələrin sonrakı inkişafı öz özlüyündə faciəvi sonluqdan xəbər verirdi”.

Tarixçi alim qeyd edib ki, 22 yanvar 1829-cu ildə şahın xacəsi Mirzə Yakub Markaryan Rusiya səfirliyinə gələrək Rusiyaya köçmək hüququndan istifadə etmək istədiyini bildirir: “Bu məqamda Allahyar xanın cariyələri böyük qalmaqal qaldırırlar ki, məhz Mirzə Yakub Markaryanın təhriki ilə Qriboyedovun ögey qardaşı Dmitriyev tərəfindən zorlanıblar. Bu, yanvarın 30-da qəzəbli tehranlıların Rusiya səfirliyinə hücumuna gətirib çıxarıb, nəticədə demək olar ki, bütün əməkdaşlar və səfir Qriboyedov həlak olub”.

P.S.

Qadın faktorundan başqa oxşarlıq: həm 1829 ilin yanvarın 30-da Rusiya səfirliyinə hücum, həm 2023 il yanvarın 27 Azərbaycanın İrandakı səfirliyinə hücum cumə günunə təsadüf edib və ikisindədə qar yağıb. 


Səxavət Həmid


Комментарии: