19 декабря 2022 г.



Dekabrın 19-da STEM Analitik Mərkəzi (Siyasət,Tarix və Etnoqrafiya Mərkəzi) və AMEA-nın Qafqazşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinə həsr olunmuş “Qafqazda təhlükəsizlik və çağırışlar” mövzusunda gənc alimlərin respublika forumu keçirilib. Forumda birinci panelin moderatoru əməkdaşımız Rizvan Hüseynov olub.

Tədbir çərçivəsində azərbaycanlı gənc alimlər tərəfindən Qafqazın inkişaf perspektivləri, regionda gələcək əməkdaşlıq formatının hansı istiqamətlərdə aparılması, hansı təhlükəsizlik problemlərinin xüsusi maraq doğurması, müasir dövrün çağırışları və bu kimi digər məsələlər müzakirə olunub.

Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumları və komitələrin məsul şəxslərinin və tədbirdə iştirak etmək üçün göndərilən ən yaxşı tezisin müəllifi olan 70 nəfər gənc də iştirak etmişdir.





Комментарии: