Nədən Ayasofya? Biz türklər, Səlahəddin Əyyubi, Nurəddin Zəngi – keçmişimiz və indimiz!
Niyə
Ayasofyanı indi camiyə /məscidə çevirdilər? Bu sualın cavabı üçün tarixçi Rizvan Hüseynovla birgə Konstantinopolun 1453-cü ildə baş vermiş fəthindən öncəki tarixinə baxmaq bu mənada
böyük əhəmiyyət daşıyır.
Səadət
Kərimi
Aya
Sofyanın resmî adı Ayasofya-i Kebir Camiidir. 15 əsrdir
dayanan bu bina sənət tarixinin və memarlıq dünyasının şah əsərlərindən biridir
və böyük günbəzi ilə Bizans memarlığının simvoluna çevrilmişdir. Ayasofya
digər katedrallarla müqayisədə aşağıdakı xüsusiyyətləri ilə fərqlənir. Ayasofya
dünyadakı ən qədim katedraldır. Aya Sofya yapıldığı dönəmdən etibarən təxminən
min il boyunca (1520’də İspanyadaki Sevilla Katedralının inşaatı tamamlanadək)
dünyanın en böyük katedralı ünvanına sahib olmuşdur. Günümüzdə yüz ölçümü
baxımından dördüncü sırada gəlməkdədir. Ayasofya dünyadakı ən sürətlə tikilən,
5 il ərzində hazır olan katedraldır. Aya Sofya dünyadakı ən uzun tarixi sürəcdə,
15 əsr boyunca, ibadət yerlərindən biri olmuşdur. Aya Sofya günbəzinin diametri
”əski katedral” günbəzləri/kübbələri arasında dördüncü ən böyük günbəz hesab
olunur.
Nədən
bu yeni qərar İstanbul və onun yan yörəsinə aid coğrafi ərazinin tarixini bilənlər
üçün çox doğru və müdrik bir qərardır? Məlumdur
ki, Osmanlı dövlətinin çökdüyü və Türkiyə Cümhuriyyətinin qurulduğu dönəmdə
onlar Birinci Dünya müharibəsində qalib gəlmiş Batı (Qərb) Dövlətləri ilə bir
razılığa gəlməli idilər. Və o dövrdə Mustafa Kamal Atatürkün bu addımı –
1934-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi altında Ayasofya
sekulyarlaşmışdır, dünyəviləşdirilmişdir və muzeyə çevrilmişdir – və bu
addım müsbət təsir göstərmişdir, və yeni gənc Türkiyə Cümhuriyyətinin dünyada
imijinə üstünlüklər qazandırmışdır. Ayasofyanın statusu ondan sonrakı dövrdə də
davamlı olaraq müzakirə olunsa da, məsələ bu son illərdə Türkiyə mediayası tərəfindən
qaldırılmışdır, Türkiyə siyasi dairələrində qaldırılmışdır, və Ayasofyaya yenidən
cami statusu verilməsi əlbəttə ki, birmənalı qalşılanmamışdır. Həm Türkiyədə, həm
Azərbaycanda həm də dünyanın bir çox ölkələrində reaksiyalar çox kəskindir,
lakin Türkiyə cəmiyyətinin ücdə biri bu qərarı alqışlayır.
Niyə
məhz indi bu baş verdi? Bu məsələyə bir
az aydınlıq gətirmək üçün, olayların səbəbini anlamaq üçün bir az keçmişə nəzər
salmalıyıq və bəzi tarixi faktları göz önünə almalıyıq. Bəlkə onda başa düşərik
ki, niyə Türkiyə höküməti bu qərarı məhz indi verdi.
Azərbaycan Elmlər Akademiyasının tarixçi alimi, YUNESKO-nun Quzey (Şimali) Qafqazdakı mənəvi ənənələrin, özünəməxsus mədəniyyətlərin və dinlərarası dialoqun müqayisəli tədqiqatları şöbəsinin dosenti, Rizvan Hüseynovun araşdırmalarına müraciət etmək yerinə düşür.
Videoya bax
Birinci
onu qeyd etmək lazımdır ki, bir çoxlarımız Konstantinopol şəhərinin 1453-cü ildə
Osmanlı padşahı Fatih Sultan Mehmet tərəfindən fəth olunmasını və onun tərəfindən
Ayasofyanın camiyəyə dönüşdürülməsini bilirik. Fatih Sultan Mehmetin Bizans
İmperiyasını məhv etməsi faktını çoxlarımız yaxşı bilir. Əslində isə
tam olaraq elə deyil – Konstantinopolun 1453-cü ildə baş vermiş fəthindən
öncəki tarixi bu mənada böyük əhəmiyyət daşıyır. Bizans dövləti ən böyük zərbəni
Xaç yürüşləri (Türkiyədə buna Səlib döyüşləri deyirlər) dövründə
almışdır, əsasən də IV Xaç yürüşləri zamanı, çünki bu zaman Union (Birlik)
adlanan Kutsal (Müqəddəs) Katolik Romasının başçılığı altında birləşmiş qüvvələrin
ki, burada Fransızlar, İtaliyanlar, Almanlar və digər Batı (Qərbi) Avropa
xalqlarının nümayəndələri 1204 –cü ildə Konstantinopolu almışdılar
və dağıtmışdılar. Həmçinin Ayasofya kilsəsi dağıdılmışdı. Katolik xaçpərəstlər
onun içində hər nə qızıl, mal-mülk vardırsa yarmışdılar, qızılı əritmişdilər,
Ayasofyanı vandalizə etmişdilər, Konstantinopol kitabxanasını yandırmışdılar. Şəhərin
yunan əhalisinin əksəriyyətini qətliyam etmişdilər və nəticədə təxminən yarım
milyon əhalisi olan Konstantinopol darma- dağın olmuşdur və şəhərin cəmi 50 min
əhalisi qalmışdır. Və beləliklə, Konstantinopol Batı Avropa siyasətinin
far postuna çevrilmişdir. Far Post əslində futbola
aid termindir, futboldan gələn və siyasətdə ”xaçın olduğu yerdən uzaqda yerləşən
məqsəd nöqtəsi” anlamında siyasətdə işlənən termindir. Şəhər öz tarixi boyu bir
çox mühasirələrə məruz qalsa da, onun möhkəm qala divarları yalnız iki dəfə
— IV Səlib yürüşü (1204) və İstanbulun fəthi (1453) zamanı
şəhər müdafiəçilərinin etimadını doğrultmamışdır.
Yəni
Konstantinopolda Latın Katolik Krallığının hakimiyyəti qurulmuşdur,
və bu krallıq öz hökmünü və öz təsirini hətta yaxındakı müsəlman dövlətlərinə
yeridə bilirdi, Yaxın Şərqdə, Anadoluda, Fələstində, Aralıq Dənizi yanı ölkələrində,
Misirdə, Tunisdə və s. yerlərdə basqınlar edə bilirdi. Yəni onların məqsədi öz
təsirini bu ölkələrdə yaymaq idi. Təbii ki, bu da ona gətirib çıxardı ki,
yeni qurulmuş Osmanlı Dövləti, Kayı Boyu’ndan gələn sultanın dövründə, zəifləmişdi.
Bəli, Osmanlı İmperatorluğun ilk illərinin anlatımında əfsanə və gerçəyi
ayırmanın zor olması nədəniylə dəyişən qonular olmuşdur – buna rağmen çoxu
çağdaş bilginler Osmanlı İmperatorluğunun aşağı-yuxarı 1299 -cu ildə ortaya
çıxdığını və qurucusunun Oğuz Türkleri’nin Kayı Boyu’ndan gələn Osman
Gazi olduğunu qəbul edirlər!
Osmanlı
sultanı kimi digər türk müsəlman dövlətləri də təhlükəni anlamışdılar, onlar bu
böyük təhlükənin fərqində idilər, çünki ondan öncəki Xaç yürüşlərinin
qabağında yalnız Selcüklər, Oğuz Türkləri dayana bilmişdilər. Onlar
Batı Avropa müstəmləkəçilərini rədd edə bilmişdilər. İkinci xaçlı səfərinin nəticələri
qeyri-qənaətbəxş olduğuna görə, Fələstin torpaqlarında vəziyyət dəyişməyə
başlamışdı. Səlibçilər mövqelərini əldən verirdilər və qüvvələr nisbəti onların
əleyhinə çevrilirdi. Kiçik xaçlı dövlətləri artıq qüvvətlənməkdə olan müsəlman-türk
hökmdarları ilə bacara bilmirdilər və məğlubiyyətlər sıralanırdı. Edessa
qraflığının 1144-cü ildə itirilməsindən sonra, Qüdsün də vəziyyəti
ağırlaşmışdı. Onlar Atabəy Nurəddin Zənginin simasında yeni
bir qorxulu düşmən tapmışdılar. Onun ölümündən sonra hakimiyyətə gələn Səlahəddin
Əyyubi bu siyasəti davam etdirir və səlibçilərin ətrafındakı mühasirə dairəsi
get-gedə daralırdı. Bütün bu məğlubiyyətlər son olaraq Qüdsün 2
oktyabr 1187-ci ildə, Səlahəddin Əyyubi tərəfindən fəth edilməsi ilə nəticələnmişdi. Selcüklər, Oğuz Türkləri Qüdsi (Jerusalim) azad etmişdilər, onlar Suriya və İraqı azad etmişdilər, Aralıq Dənizi
yanı ölkələrini, Misiri, və hətta kilsəyə yüksək status qaytarmışdılar, Qüdsdə
olduğu kimi, həmdə Bizansın statusu möhkəmləndirdilər. Bizans Qərbi Avropanın
katolik İttifaqının təziqindən və zərbələrindən əhəmiyyətli dərəcə də zəifləmişdir.
Lakin məhs 1204- cü ildə Konstantinopol itiriləndən və darma-dağın olandan
sonra Katolik İttifaqının Katolik layihəsi əsas təhlükəyə çevrildi, qonşu
xalqların köməyi ilə, həmçinin Bizans imperatorluğundan qovulmuş və Nikeyaya
köç etmiş müsəlmanların köməyi ilə. 1261- ci ildə, yəni təxminən 55 ildən
sonra, ilk dəfə Konstantinopolu azad etmək və onu yenidən Bizansın paytaxtı etməyə
nail olurlar, baxmayaraq ki, o zaman Bizans dövləti demək olar ki, vassal bir
dövləti idi.
Tarixçi
Rizvan Hüseynova görə, ondan sonrakı dövrdə, təxminən 200 il ərzində (1261-1453)
baş verən hadisələr, yəni 1453-cü ildə Sultan Fatih Konstantinopolu alana qədər,
Bizans dövləti, dəqiq desək ondan nə qalmışdırsa – Konstantinopol və onun ətrafı
– Katolik kilsənin, yəni Genuya xalqının (İtaliya) və Venesiya xalqının təsirinə
düşmüşdülər. Onlar Konstantinopolu öz ticarətinin aparılması üçün, həm də Yaxın
Şərqdə, Anadoluda və Aralıq Dənizi ölkələrində öz siyasi doktrinasını həyata
keçirə bilmək üçün öz objektinə çevirmişdilər. Bu da təbii ki, Osmanlıları
və digər müsəlman dövlətlərini qane edə bilməzdi, onlar bu dövrdə əsasən
pravoslavlığın, pravoslav kilsənin qorunub saxlanılmasına, və Konstantinopolun
pravoslavlığın mərkəzi kimi qorunub saxlanılması üçün çalışırdılar. Həmin
tarixi dövrdə heç bir başqa siyasi güc, heç bir hakim qüvvə yox idi və
Konstantinopolu almaq uğrunda gedən sonrakı dövrün praktikası göstərdiyi kimi,
məhz Osmanlı dövlətinin siyasəti sayəsində xalqlar öz pravoslav dinini qoruyub
saxlaya bildilər. Hüseynovun araşdırmasına görə, bu Osman İmperiyasının tərkibinə
daxil olan yunanların bir hissəsinə, bolgarlara, serblərə və digər pravoslav
xalqlara aiddir. Osmanlı xaricində qalan digər xalqlar isə, örnəyin Orta
Əsrlərdə Müqəddəs Roma İmperiyası ərazisində yaşayan xalqlar, katolik dinini qəbul
etməyə məcbur qalmışdılar və Osmanlı xaricində qalan pravoslav kilsələrin
və abidələrinin hamısı məhv edilmişdir. Yüzlərlə günümüzə qədər
qorunub saxlanılmış pravoslav kilsələrin hamısı Osman İmperiyasının sayəsindədir!
Hüseynovun
firkincə, Türklər 1453-ci ildə Konstantinopolu alana qədər Bizans dövlətinin
elitasında bir sıra önəmli hadisələr baş vermişdir. Bizanslıların bəziləri
katoliklərin tərəfinə keçmişdir. Katoliklər və pravoslavlar arasında parçalanma hadisəsi 1054-cü ildə məhz Ayasofya məbədində baş vermişdi və 1204-cü ildə
Xaç Yürüşlərinin nəticəsində katoliklərin Ayasofyanı
dağıdılmasə və qarəti
ilə
tamamlanmışdır. Nəticədə Konstantinopol katoliklərə 1453-cü ilədək
tabe olmuşdur. XIII–XV əsrlər Konstantinopol tədricən Batı Avropa siyasətinin,
ticarət siyasətinin ”far postuna” və təbii ki, katolikliyin füğyan etdiyi
regiona çevrilmişdir. 1453-cü ilin mayında Konstantinopolu almaq ərəfəsində
artıq bəlli idi ki, bu şəhər batacaq, həmin dövrdə Güney Avropanın və Batı
Avropanın katolik ticarət magnatlarının əlində oyuncaq olan Bizans İmperiyası
onların tam hökmranlığına keçəcəkdir. Şəhər
onsuzda faktiki olaraq onların əlində idi, Konstantinopolun müstəqilliyi təkçə
sözdə qalmışdı, özgürlüyün təkçə adı vardı, özü yox idi. Hüseynovun qənayətinə
görə, bu təhlükənin bütün ciddiliyini dərk edən Osmanlılar əks hücuma
keçməyə qərar verdilər, şəhəri almağa nail oldular və nə qədər qəribə səslənsə
də pravoslavlığı xilas etdilər!
Yuxarıda
qeyd etdiyimiz kimi, Osmanlı Konstantinopol patriarxına, pravoslav kilsəsinə
yüksək status qaytardı. Pravoslav kilsəsinin öz qanunları vardı və
Osmanlının dayağı sayəsində Konstantinopol alınandan sonra sonrakı əsrlərdə heç
kim Pravoslav kilsəsinin qanunlarını poza bilməzdi, daxili işlərinə qarışa bilməzdi.
Osmanlı İmperiyasının qürubunu da həmin Katolik dinə mənsub Batı (Qərbi) Avropa
dövlətlərinin əli ilə yaranmışdır. Həmçinin Protestant dinli dövlətlər də bu
siyasətdə iştirak edirdilər, çünki onlar 1648- ci il Vestfalya Sülh
Müqaviləsindən sonra Roma İmperiyasının Batı Avropa hökmdarlarına
aydın şəkildə özünün Yaxın Doğuya, Quzey Afrikaya, Aralıq Dənizi ətrafı ölkələrə
və Anadolu regionlarına genişlənmək layihəsini təqdim etmiş və birgə uğurla həyata keçirmişdilər.
Bu plana əsasən XVII əsrin sonlarından başlayaraq, bütün XVIII əsr boyunca və
XX əsrin başlarına qədər onlar birlikdə Osmanlı dövlətinə qarşı hərəkət edirdilər,
hücumlar edirdilər və Osmanlı dövləti zaman-zaman öz torpaqlarını və əhəmiyyətini
itirirdi. Avropa dövlətlərinin bu Katolik İttifaqına həmçinin gənc Rusiya
çarlığı qoşuldu, yəni öncə Moskva çarlığı, sonra Çar Rusiyası, və təbii ki,
Osmanlı dövlətinin zəifləməsi nəticəsində müdrik tərpənən, böyük mütəfəkkir,
böyük öndər Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini qurmuşdur və özünün ən
böyük addımlarından birini atmışdır – Ayasofyanı muzeyə çevirmişdir və bununla
ona bir növ neytral mövqe vermişdir.
REPORT
THIS AD
Mən
də tarixçi Rizvan Hüseynovla eyni fikirdəyəm ki, indi biz bu tarixi hadisənin
şahidi oluruq ki, Türkiyə dövlətinin mövcud hakimiyyəti yeni ”neo-Osman layihəsini”
həyata keçirməyə çalışırlar (buna əmin
olmasaq belə bu cür qənayətə gəlirik) və Ayasofyanın ictimayyətinin xidmətinə
cami olaraq açılmasını tarixin təkrar olunması və bu bütöv siyasətdə
növbəti dalğa kimi qiymətləndirə bilərik. Yəni tarixi hadisələlər dövrü
olaraq təkrarlanır və hal-hazırda Batı Avropada həmin dini Birlik mövcud
deyildir, Türkiyənin həmin layihəsinə qarşı duracaq qüvvələr yoxdur. Türkiyə
Suriyada, İraqda və Liviyada fəal siyasət aparır, mümkündür yaxın zamanda
Türkiyənin Qırmızı Dənizdə, Yeməndə aktiv siyasi hərakatına, hərbi
siyasətinə şahid olacayıq. Ola bilər ki, Türkiyə hakimiyyəti Misirlə müharibəyə
başlasın. 1217-ci ildə beşinci Səlib yürüşü başlamışdı. Bu dəfə Misir hədəf
olaraq seçilmişdi. Səlibçilər 1219-cu ildə
Dimyat şəhərini ələ keçirsələr də, uğurun davamı gəlməmişdi və nəhayət 1221-ci
ildə heç nə əldə etmədən geri çəkilmək məcburiyyətində qalmışdılar. 1228-ci ildə
yeni səfər başlamışdı. Orduya, Almaniya imperatoru II Fridrix başçılıq edirdi.
Bu dəfə müharibə deyil, danışıqlara üstünlük verən imperator Misir sultanı əl-Məlikul-Kamil
ilə razılığa gəldi və 17 mart 1229-cu ildə Qüdsə
sahib oldu. Ancaq bu dəfə Qüds cəmi on beş il səlibçilərin (xaçlıların) əlində
qaldı. 1244-cü ildə Misirlilər şəhərə yenidən sahib çıxdılar. Beləliklə daha
bir səfər uğursuz sona yetdi. Yeddinci Səlib
Yürüşü 1249-cu ildə Misir üzərinə hücumla başladı. Xaçlılara Fransa kralı IX
(Müqəddəs) Lüdoviq başçılıq edirdi. Əsgərlərin demək olar ki, hamısı fransız
idi. Dimyatı ələ keçirən səlibçilər, Misir sultanı Turan Şahın onları blokadaya
alması nəticəsində, acınacaqlı vəziyyətə düşmüş, sonunda isə kral da əsir
alınmışdı. IX Lüdoviq ağır girov verərək qurtulsa da, yürüş məğlubiyyətlə başa
çatmışdı.
Bəlkə
Türkiyə hakimiyyəti Səudi Ərəbistanla da müharibəyə, bir növ proxy (proksi)
müharibəyə başlasın – bu əlbəttə çox arzu olunmaz haldır. Proxy müharibə,
yəni özünə bu məsələdə səlahiyyət verməklə, özünün bir başa səbəbi olmadan-
başqaların haqlarını müdafiə etmək üçün aparılan müharibəyə deyilir. Yəni bir
başa müharibə deyil, muzdlu əsgərlərin, muzdlu hərbi qüvvələrin vasitəsi ilə
aparılan müharibə. Batı Avropa blokunda vəziyyət, yəni həmin əski
Venesiya, Genuya xalqlarının blokunda vəziyyət elədir ki, onlar indi müqavimət
göstərə bilmirlər. Nə də Yunanistan müqavimət göstərə bilir. Heç Fransa da hələki
Türkiyənin Aralıq dənizi və ya Qara dəniz regionlarda apardığı siyasətin
qarşısını ala bilmir. Hələki, hal-hazırda.
Araşdırmaçı
Hüseynovla eyni fikirdəyəm ki, Ərdoğan hakimiyyətində Türkiyə siyasətini
yaxından izlədikdə görürük ki, onun siyasəti keçmiş Osmanlı
İmperatorluğunun əhatə etdiyi əraziləri kəsb edir. Bu məsələdə Rusiya
dövləti bir növ neytral mövqey tutur, sanki bu qonuda Türkiyə ilə münaqişə istəmir.
ABŞ dövlətləri bəzən neytral mövqe tutur, bəzən isə Türkiyəyə hərbi siyasətində
dəstək verir. Böyük Britaniya susaraq dəstək verir. Əlbəttə hər dövlətin
bir aktor olaraq öz maraqları var. Türkiyə bu planlarını həyata keçirə biləcək
ya bilməyəcək hələ ayrı qonudur, həyata keçirəndən sonra əldə etdiyi nəticələri
saxlaya biləcəkmi və ya nə qədər saxlaya biləcək o da ayrı qonudur.
Hər
halda Türkiyə hakimiyyətinin bu gün aktual olan mövzusu, yəni Ayasofyanın camiyə
çevrilməsi, həmin Batı ölkələrinə, keçmişdə Xaç yürüşlərini aparan xalqlara
(hansılar ki, biz türklərin ulu ata babaları həm Türkiyə ərazisində həm Azərbaycanda
Atabeylər, Selcüklər dəf edib Avropaya geri göndərə bilmişdilər) bir başa cavab
deməkdir. Bu olanlara mesaj
deməkdir. Bəli, Qüdsü xilas edənlər biz Azərbaycan türklərinin ulu
ata-babalarından olublar. Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin soltanı və
Əyyubilər sülaləsinin ilk hökmdarı Səlahəddin Əyyubi (1138 -1193), Türk
dünyasının böyük ideoloqlarından olan əslən Qərbi Azərbaycandan olan Zəngilər
sülaləsindən olan hökmdar, atabəy Nurəddin Mahmud Zəngi, və 12 ci – 13 cü əsrlərdə
onlarla başqa böyük siyasi xadimlər və sərkərdələr sayəsində Xaç yürüşlərinin
qarşını alınmışdır, onlara son qoyulmuşdur.
Və göründüyü kimi, siyasi müstəvidə indi yeni bir mərhələdir,
görünür rəsmi Türkiyə bu layihəni yenidən həyata keçirməkdə özünü borclu
bilir və ya davam etdirmək fikrindədirlər. İndi də onlar Batı Avropanın Yaxın Şərqdə, Aralıq Dənizi regionunda, Kiçik
Asiyada (Anadoluda) müdaxiləsinə son qoymaq istəyir. Hər halda Ayasofyanın
muzeydən camiyə çevrilməsi bir siyasi oyundur, bu bir ciddi mesajdır. Bu mesaj
nələrə mail olacaq yaxın gələcəkdə yəqin ki, görəcəyik. Ümid edirik ki, bu
addımla regionlarımızda barış (sülh) təhlükəyə atılmayacaqdır.
Hər
halda soydaşlarımız bu mövzuda diqqətli olmalıdırlar və bilib-bilmədən Türkiyə
hakimiyyətinin bu addımını yarqılamamalıdırlar.
İstinadlar
və mənbələr:
Rizvan Hüseynov. Niyə indi Aya Sofya? Facebook üzrə mulahizə. https://www.facebook.com/rizvan.guseynov/videos/10220022201016720/?lst=719089799%3A1574481837%3A1594499378
Ayasofya-i Kebir Camii. muze.gov.tr. Erişim
tarihi: 10 Temmuz 2020.
Bordewich, Fergus M.,”A Monumental Struggle to Preserve Hagia
Sophia”, Smithsonian magazine, December
2008
Səlahəddin Əyyubi hakkında geniş
bilgi (türk.)
https://az.wikipedia.org/wiki/Nur%C9%99ddin_Mahmud_Z%C9%99ngi
Комментарии: