Mərkəzi Elmi Kitabxana qeydiyyatda olmayan tarixi abidələr mövzusunda təlim-seminar keçib
AZƏRTAC
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) və Qafqaz Tarixi Mərkəzinin
birgə təşkilatçılığı ilə UNESCO kafedrasının milli irsin öyrənilməsi üzrə
“Günəşin axtarışında” işçi qrupunun “Qeydiyyatda olmayan tarixi abidələr
haqqında pasport informasiyasının toplanılması, sistemləşdirilməsi və yerləşdirilməsi”
mövzusunda seminarı keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki,
tədbirdə tarixi, arxeoloji və memarlıq abidələrin qorunması məqsədilə dövlət
qurumlarına dəstək, əhalinin zəruri məlumatlar, bilik və bacarıqlarla təmin
olunması və səfərbər edilməsi, könüllülərə informasiyanın toplanılması
alqoritminin təqdim edilməsi məsələləri müzakirə olunub.
Kİtabxananın direktoru Leyla
İmanova Milli Rəqəmsal Yaddaş layihəsi çərçivəsində son dövrdə “Günəş
axtarışında” işçi qrupu ilə Azərbaycanın mədəni-tarixi irsinə aid görülən işlərdən
danışıb. Bildirib ki, seminarın məqsədi reyestri olmayan tarixi abidələrin
qeydiyyata alınması, onlar haqqında ilkin məlumatın formalaşdırılması və informasiya
şablonunun təqdim edilməsidir. Leyla İmanova müzakirə edilən fəaliyyətin MEK-in
prioritet vəzifələrindən biri olduğunu vurğulayıb.
Hüquq və İnsan Haqları İnstitunun
baş elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO-nun dosenti Rizvan Hüseynov 2
il öncə MEK-in nəzdində yaradılmış UNESCO-ilə birgə yaradılmış “Günəş axtarışında” işçi qrupunun fəaliyəti: araşdırılmamış və qeydə
alınmamış fiziki vəziyyəti qənaətbəxş olmayan abidələr, məzarlar, dini məbədlər,
“milli marker” hesab edilən qoçdaşlar haqqında məlumatların toplanılması,
sistemləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Sınaq layihəsi kimi
fəaliyyətə Azərbaycanın qərb regionundan – Gədəbəy, Qazax, Şəmkir bölgələrindən
başlanıldığını bildirən Rizvan Hüseynov qarşıya çıxan çətinliklər və onların həlli
yolları barədə fikirlərini bölüşüb.
Tədbirdə “Günəşin axtarışında”
işçi qrupunun üzvləri – Renat Cəfərov, Sabit Qurbanov, İlqar Həsənov, Şəfa
Mövsümov, Qafqaz Ömərov və başqaları çıxış edərək qeyd olunan abidələr haqqında
informasiya şablonunun hazırlanması, yerli əhalinin təlimatlandırılması, könüllərin
cəlb edilməsi barədə təkliflərini səsləndiriblər.
Renat Cəfərov informasiya
şablonunun əks etdirdiyi müddəaları – abidələrin yerini, fotoəksini, yerli
sakinlər ilə izahat işinin aparılmasını, məlumatların toplanılma qaydalarını və
başqa tələbləri diqqətə çatdırıb.
Комментарии: