18 июня 2019 г.


“Qafqaz tarixi mərkəzi” İB erməni yalanlarının ifşası ilə apardığı təqdiqatları çərçivəsində yeni bir sənədlı film hazırlayır. “Tarixin işğalı - torpağın işğalı” layihə çərçivəsində rus dilində hazırlanan “Lagunda”ilə yazılan erməni tarixi” filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının grant dəstəyi ilə reallaşır.  

Erməni propoqandasının internet üzərində yayılan tarixi yalanlarının ifşasını məqsədiylə filmin çəkılışləri Tovuz rayonun Girzan kəndində və Gədəbəy rayonunun alban məbədlərində aparılıb.

Uzun illərdir ki, erməni propagandası  erməni xalqının uydurma tarixini Azərbaycanın mədəni, memarlıq və mənəvi irsin üzərində saxtalaşdıraraq qurur. Əsasən erməni tərəfi Azərbaycan ərazisində əsirlər boyu mövcud olmuş  qədim qafqaz albaniyasının tarixini və irsini məhv edib mənimsəyərək uydurma "qədim Ermənistan" tarixini yaradıblar. Və bu yolla Azərbaycana qarşı ərazi iddialarını irəli sürürlər. Əsasən Ermənistan ilə həmsərhəd ərazilərdə və stateji əhəmiyyət kəsb edən bölgələrdə tarixi və mədəni irsimizə qarşı böyük təhdidlər vardır. Mütamadi olaraq erməni mətbuatı və beynəlxalq konfranslarda iştirak edən erməni alimləri Azərbaycanın qərb bölgəsinin tarixini saxtalaşdıraraq "Böyük Ermənistan" parçası oldugunu iddia edirlər.

“Qafqaz tarixi mərkəzi” İB-nin təşəbbüsüilə hazırlanan filmdə xarici təqdiqatçılar, alimlər və  YUNESCO-nun nümayəndələrin fikirləi yer alıb. Həmçinin abidələrimizə qarşı erməni  vandalizmının şahidi olan yerli sakinlərində xatirələri və nadir tarıxı faktlar toplanılıb. 

Filmin nümayışı və yayılması Azərbaycanda və xaricdə nəzərdə tutulub. Həmçinin YUNESCO və digər beynəlxalq təşkilatlara göndərilməsi planlaşdırılır.


Комментарии: