В Ереване уничтожили все средневековые азербайджанские постройки
В Армении проходят мероприятия, приуроченные к так называемому "2800-летию" Еревана. Вследствие неосведомленности и "открытий" лжеисториков, армяне продолжают наивно верить и утверждать, что их столица якобы древнее Рима.
Накануне в Армении отметили День города, так называемый юбилей - 2800 лет со дня основания Еревана. Открытая в 1950 г. армянскими археологами надпись о сооружении в VIII до н.э. вблизи современного Еревана урартской крепости Ирпуни, стала основанием для властей Армянской ССР отпраздновать в 1968 г. так называемый день основания Еревана. Однако, по мнению большинства историков, нынешняя столица Армении к урартской крепости, языку и культуре народа, населявшего Урарту, не имеет никакого отношения. На сегодняшний день в этом городе не осталось ни одного историко-архитектурного памятника, имеющего возраст более 200 лет, за исключением единственной мечети. Армянская сторона, избегая правды, отказывается участвовать в любых исследованиях, нацеленных на возвращение исторической истины – принадлежности города тюркам. Она также не желает поддержать дискуссию, поднятую Азербайджаном относительно уничтоженного средневекового азербайджанского архитектурного наследия Еревана.
Этот вопрос в репортаже телеканала СВС комментирует директор Центра истории Кавказа, Ризван Гусейнов.
“Ermənilər həmişə olduğu kimi, yenə də tarixi
saxtalaşdırmaqla məşğuldurlar. Yerevanın əsasının qoyulmasının guya 2800 illiyinin
təntənəli qeyd edilməsi onların növbəti yalanından xəbər verir”. AMEA
Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarixçi-alim Qasım
Hacıyev CBC-yə müsahibəsində belə deyib. Bildirib ki, ermənilərin İrəvan şəhərini
qədim Erebuni adlandırması özü cəfəngdir. İrəvan Rəvanqulu xanın XVI əsrdə qaya
üzərində tikdirdiyi böyük İrəvan qalasından ibarət olub.
“Və onun ətrafında yaşayış məskəni olan İrəvan Azərbaycan
türklərinin qədimdən yaşadığı, orta əsrlərdə böyük bir kənd olan yaşayış ərazisidir.
İndi görün ermənilər nəylə məşğuldurlar. Həm əvvəla, Azərbaycan xalqına məxsus
olan bu qalanı, şəhəri, əraziləri erməni xalqına məxsus ərazi kimi təqdim edirlər.
İkinci böyük saxtakarlıq da odur ki, son orta əsrlərdə yaranmış qalanı qədimləşdirərək,
qədim Erebuni qalası kimi təqdim edirlər”.
Tarixçilər deyirlər ki, saxtakarlığa, yalana əl atan ermənilər
İrəvan ərazisində Azərbaycana aid tarixi memarlıq abidələri, maddi-mədəni irsi
yerlə-yeksan ediblər. İrəvan mahalında 200-ə qədər kəndi xaraba qoyublar,
toponimləri dəyişiblər. Bu dağıntılar nəticəsində vaxtilə şəhərin şöhrətinə
çevrilən qalaların, sarayların, hamamların, məscidlərin, karvansarayların izləri
tamamilə silinib.
Tarixçi Rizvan Hüseynovun sözlərinə görə, məhz bundan sonra uydurma Erebuni şəhəri
haqqında bir nağıl ortalığa çıxıb: “1950-60-cı illərdə qazıntılar nəticəsində,
İrəvanın özündə yox, İrəvandan xeyli kənarda qədim urartu mədəniyyətinə aid
olan bir qala tikilinin qalıqları tapıldı. Yəni, qalıq deyəndə ki, burada
fundamentdə bəzi daşlar qalmışdı. Tikilinin nə forması, nə təyinatı indiyədək
konkret bilinmir. Və erməni tərəfi guya bunu sıfırdan bərpa edib, əslindəsə təzədən
tikib, bütün dünyaya təqdim etmək istəyir ki, baxın, biz qədim bir şəhər
tapmışıq”.
Tarixçi Rizvan Hüseynovun sözlərinə görə, bəzi erməni tarixçi
alimləri İrəvanın Ermənistana deyil, məhz Azərbaycana məxsus olduğunu etiraf
edirlər.
“Məsələn, Filipp Ekozyans adlı bir erməni alimi çox maraqlı tədqiqat
aparıb. Və sübut edib ki, bizə qədim Erebuni kimi təqdim edilən bütün dəlillər,
əşyalar, daş üstə yazılar hamısı saxtadır. Heç birinin orijinalı yoxdur və
müasir dövrdə uydurulub. Bundan əlavə, bir sıra alim, xüsusən də, rus memarları
bu haqda böyük tənqidi yazılar yazıblar və sübut edirlər ki, İrəvan Azərbaycan
şəhəridir”.
Azərbaycan dövləti tərəfindən də bununla bağlı bir sıra işlər
görülür, tədqiqatlar aparılır, həqiqətlər üzə çıxarılır. İrəvanın Azərbaycana məxsus
olmasından və ermənilərin uzun illərdir bunu gizlətməyə çalışmasından bəhs edilən
kitablar yazılır, filmlər çəkilir, layihələr həyata keçirilir.
Комментарии: