İrəvanla bağlı daha bir filmin çəkilişlərinə başlanıldı
"Elmi Araşdırmalar" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İRƏVAN: xatirələr və etiraflar” adlı qısa metrajlı filmin çəkilişlərinə start verib.
“Elmi Araşdırmalar” İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə Azərbaycanın
tarixi İrəvan şəhərinin və onun tarixi abidələrinin ermənilər tərəfindən məhv
edilməsinin beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə İrəvanın Ermənistana
güzəştə getməsinin 100-cü ildönümünə həsr edilmiş “İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin çəkilişinə
başladı.
Bu barədə ekskluziv açıqlamasında layihə rəhbəri
Telman Qasımov məlumat verib. Onun sözlərinə
görə, 100 il öncə İrəvan şəhərinin
tarixi, mədəniyyət abidələri, ziyallıları və müsəlman türk əhalisinin
demoqrafik vəziyyəti kəskin dəyişməyə və vandalizmə məruz qaldı: “Bir əsrdə İrəvan,
şübhəsiz ki, dəyişdi. Amma onu dəyişdirən zaman, illər yox, bu şəhəri Azərbaycandan
güzəşt almış ermənilər oldu. Onlar nələri bacardılarsa, məhv etdilər, yer üzündən
sildilər, nələri bacarmadılarsa, adlarını dəyişdirdilər və bu yolnan insanlara
unutdurmağa çalışdılar. Bu gün, 100 il sonra artıq İrəvan yox, Yerevan var.
Yalnız xəritədə. tarixdə, yaddaşlarda isə İrəvan yaşayır.
İndi Yerevanda qədim İrəvanı adlarda, abidələrdə,
küçələrdə, hər daşda və öz varlıqlarında yaşadan azərbaycanlılar da yoxdur.
Amma bu gün Yerevanda ermənilər var. “İrəvan” sözünü əbədi silmək istəyən,
lakin buna gücü çatmayan ermənilər”.
Qeyd edək ki, filmin çəkilməsinin məqsədi həqiqətin
etirafı – yalanın ifşasıdır. Bu filmdə insanlar danışacaqlar: azərbaycanlılar və
ermənilər. Azərbaycanlılar İrəvan şəhəri haqqında xatirələrini, ermənilər isə,
bəlkə heç özləri də bilmədən, etiraflar edəcəklər.
Комментарии: