ERMƏNİSTAN VƏ AZƏRBAYCAN QƏDİM, ORTA ƏSRLƏR VƏ XVII-XIX ƏSRLƏRİN XƏRİTƏLƏRİNDƏ
Центр истории Кавказа,
Ризван Гусейнов
Уже
вторую неделю не утихает скандал вокруг учебника по истории для 10 класса, куда
случайно попала карта античного периода, где указана географическая Армения. Ко
мне обращаются журналисты и граждане с предложением прокомментировать вопрос.
Но я думаю на все эти вопросы есть ответы в моем материале, где показана
технология того как относительно недавно придумывали "античные" карты
и вносили на них несуществующие страны, при этом удаляя великие державы того
времени.
+++++++++++++++
Qafqaz tarixi mərkəzi,
Rizvan Hüseynov
Artıq ikinci həftədir ki, X sinif üçün tarix dərsliyi
ətrafında yaranmış qalmaqal səngimək bilmir. Belə ki, coğrafi Ermənistanın göstərildiyi
antik dövrün xəritəsi təsadüfən bu dərsliyə salınmışdır. Jurnalistlər və vətəndaşlar
bu məsələnin şərh edilməsi təklifi ilə mənə müraciət edirlər. Lakin, zənnimcə,
təqdim etdiyim materialda bütün bu suallara cavab verilir. Burada “antik” xəritələrin
nisbətən bu yaxınlarda düşünüldüyü və onlara mövcud olmayan ölkələri daxil edərək,
həmin dövrün böyük dövlətlərinin silindiyi texnologiya göstərilmişdir.
ERMƏNİSTAN VƏ AZƏRBAYCAN QƏDİM, ORTA ƏSRLƏR VƏ
XVII-XIX ƏSRLƏRİN XƏRİTƏLƏRİNDƏ
Ermənistanın Qafqazda mövcudluğunu
göstərən qədim və orta əsrlər xəritələrinin qısa təhlili
Ermənilərin tarixi saxtalaşdırmaları mövzusunu
davam etdirərək, hesab edirik ki, erməni mif yaradıcılığının maraqlı bir
aspektinə toxunmaq çox yerinə düşərdi: xəritələri saxtalaşdırmaq və “dənizdən-dənizə
Böyük Ermənistan”ı göstərən “qədim” xəritələr yaratmaq “sənəti”.
Romada Kolizeyin divarlarında yerləşdirilən və Ermənistanın
göstərildiyi Roma imperiyasının iki xəritəsinin erməni hoqqabazları arasında
daha geniş yayılmış fırıldağından başlayaq. Deyəsən, erməni tərəfi “Böyük Ermənistan”ın
2000 ildən də əvvəl mövcudluğunun guya dürüst mənbəyi kimi bu xəritələrə daha çox istinad edir. Adətən, bu xəritələri qədim
erməni dövlətinin mövcudluğunun təkzibolunmaz sübutu olaraq lap birinci irəli
sürürlər, sonra isə bunun ardınca təbii ki, Ermənistanın göstərildiyi “qədim
Roma” xəritələrindən sonrakı dövrün bir yığın saxtalaşdırılmış xəritələrini
ortaya qoyurlar.
Kolizeyin divarındakı Roma imperiyasının xəritəsi |
Bu iki xəritə e.ə.146-cı ildən b.e.nın 14-cü ilinə
qədər olan dövrdə Roma imperiyasının və qonşu regionların ərazisini göstərir. Lakin
hətta gözucu baxanda belə, aydın olur ki, bunlar heç də “qədimi xəritələr”
deyil, yalnız ölkəyə gələn turistləri Qədim Roma arealı ilə tanış etmək məqsədi
daşıyan Kolizeyin divarlarına bərkidilmiş müasir beton maketdir. Üstəlik, xəritə
bu coğrafi regionun kosmosdan çəkilmiş fotoşəklinin surəti olduğundan, materiklərin,
çayların və dənizlərin çağdaş sərhədləri və cizgiləri əsasında tərtib
edilmişdir. Axı məktəbli də çox yaxşı bilir ki, qədim romalılar kosmosdan fotoşəklini
çəkməklə əldə oluna biləcək dəqiq xəritə çəkə bilməzdilər, ələlxüsus da
romalıların onların yaşamından 2000 il sonra regionun cizgilərinin necə
olacağını qabaqcadan bilməsi mümkün deyildi.
Amma bu elementar dəlillərə baxmayaraq, erməni tərəfi
bu “qədim Roma” xəritəsini hər yerdə qədim erməni dövlətinin mövcud olması kimi
təqdim edir. Kolizeydəki “qədimi” xəritədə “Ermənistan” coğrafi vilayəti göstərilmişdir,
bu isə Ermənistan dövləti haqqında heç nə demir və hazırda yaşadıqları son əraziyə
köçək və bizim “ermənilər” adlandırmağa öyrəşdiyimiz hay xalqına bütün bunların
nə kimi bağlılığı olduğunu izah etmir.
Həqiqətdə isə, Peytinger cədvəli adlandırılan cədvəldən
savayı heç bir Roma xəritəsi yoxdur. Mövcud Peytinger cədvəli isə (baxmaq üçün əlavə olaraq xəritənin fraqmentini
basın – R.H.) əsli saxlanmayan və ümumiyyətlə, əslinin olduğunu heç kimin sübut
edə bilməyəcəyi IV əsr Roma xəritəsinin surətidir. Bu xəritə Roma imperiyasının
İberiyadan başlamış şərqə doğru yollar şəbəkəsini sxem halında göstərir. Vəssəlam.
Orta əsrlərdə Peytinger cədvəlinin özü də açıq-aşkar düzəlişlərə məruz
qalmışdır. Biz görürük ki, nəhəng Persiya (Persida) kiçik Parfiyanı örtür,
halbuki bu dövlətlər müxtəlif tarixi dövrlərin dövlətləridir. Bu xəritədə Ermənistan
heç bir şəkildə yoxdur. Əvəzində isə, böyük bir ərazi Albaniya kimi göstərilmişdir.
Orada Kolxida da vardır. Amma əgər erməni tarixçilərinə inanarıqsa, axı IV əsr
dənizdən-dənizə “Böyük Ermənistan”ın hələ çiçəklənən dövrü olmalıydı axı. Bəs
hanı o?
Dünyanın bir neçə qədim yunan xəritəsi də vardır,
bunlar hamıya yaxşı məlum olan Ptolomey, Herodot və Strabonun xəritələridir. Lakin
1467-ci ildə üzərində dəyişikliklıər aparılmış “Ptolomeyin kosmoqrafiyası” xəritəsi saxlanılır ki, burada da antik Ptolomey
xəritəsinin adından başqa, heç nə qalmayıb.
Başqa sözlə, bütün bunlar əslləri birdəfəlik
itirilmiş antik xəritələrin orta əsrlərdə hazırlanmış surətləridir. Bütün bu xəritələr
ikiyə bölünmüş alma kimi bir-birinə, eləcə də həmin dövrün digər xəritələrinə
oxşayır. Üstəlik, dərc olunmuş ilk qədim yunan xəritələrində heç bir Ermənistan
göstərilməmişdir. Orada ümumiyyətlə, az şey göstərilmişdir. Bir sıra daha
sonrakı surətlərdə artıq çoxlu başqa yeni adlar kimi Ermənistan da peyda olur. Yeri
gəlmişkən, məlum deyil ki, bu adları oraya kim və hansı məqsədlə salıb. Bu isə onu
göstərir ki, əgər hətta hansısa qədim xəritənin əsli olsaydı belə, onlar
açıq-aşkar orta əsrlərin kartoqrafları tərəfindən yaxşı-yaxşı işlənilmiş və
oraya mövcud və güman olunan orta əsr adları əlavə olunmuşdur. Xəritədə antik
İberiya adı əvəzinə daha sonrakı ad – İspaniya, Ellada əvəzinə - Yunanıstan
göstərilmiş, antik dövrdə olmayan Almaniya adı əlavə edilmişdir, bu cür başdansovdu
düzəlişlər çoxdur. Bundan başqa, Persiya isə Parfiya və Mediyanın (Midiya) yanındadır,
halbuki onların dövlət kimi mövcudluqlarını bir-birindən əsrlər ayırır. Əgər
Ermənistanın, Albaniyanın, Kolxidanın yerləşdiyi bu “antik” xəritəni böyüdüb
diqqətlə baxarıqsa, o zaman aydın olar ki, bu ölkələr orta əsrlər və İntibah
dövrünün sonrakı xəritələrində göstərildikləri kimi yerləşdirilmişdir. Başqa
sözlə, bu, müasir ABŞ-ın Amerika hindularının qədim dövləti olaraq mayya və
asteklərin imperiyaları ilə həmsərhəd olan dövlət kimi göstərilməsi kimi bir
şeydir.
Antik dövrə aid edilən bu qədim xəritə adlandırılanların
yoxlanmasına əsasən görürük ki, onlar orta əsrlərin və daha sonrakı dövrün rahib,
mirzə və yalançı alimlərinin bütöv dəstəsinin yaradıcı məhsuludur və üstəlik, hər
bir düzəliş və saxtalaşdırma siyasi konyunktura və öz dövrlərinin simpatiyası nəzərə
alınmaqla edilmişdir. Nəticədə isə bir-birindən 300-700 il sonra yaranmış dövlətlərin
eyni dövrdə mövcud olan və qonşu ölkələr kimi göstərildiyi horra əmələ gəlmişdir.
Sözün birbaşa mənasında coşğun fantaziyanın təsiri
altında çəkilən və “qədimi” kimi qələmə verilən erməni xəritələrinə baxsaq isə,
adam deməyə heç söz də tapmır.
Bu fantastik erməni xəritələrinə diqqət yetirin, burada birbaşa fantast yazıçı Rey
Bredberinin hekayələri əsasında yaradılmış hansısa paralel dünya çəkilmişdir. Əgər
bu xəritələr olmasaydı, biz bilməzdik ki, haradasa yanımızda öz tarixi və dövlətləri
olan paralel dünya mövcuddur. Bu barədə isə nə tarix elmi, nə arxeologiya, nə də
qədim yazılı mənbələr bilir.
Adam lap məəttəl qalır: cəmi bir neçə il əvvəl Tiqranakert,
Yervandaşat, Arşamaşat kimi şəhər adları olan Qafqazın “qədim erməni” xəritəsi
uydurulmuşdur, burada hətta gerb də vardır. Heyf ki, “Böyük Ermənistan”ın
himnini düşünüb-daşınmaq yaddan çıxıb. Lakin bu səhvi düzəltmək heç də gec
deyil, təklif edirəm ki, “Sarı gəlin” mahnısının motivləri əsasında qədim erməni
himni hazırlansın – bu melodiyanı ermənilər bilir və sevirlər.
İndi isə orta əsrlərin gerçək xəritələrinə qayıdaq.
Bütün bu xəritələrin orta əsr insanının dünyaya baxışını əks etdirməsi tamamilə
aydındır. Çünki onların demək olar ki, hamısı faktlar əsasında deyil, şayiələr,
hekayələr, əfsanələr və gümanlar əsasında tərtib edilmişdir. Üstəlik, çox zaman
dünya xəritələrinin bu baxışları Əhdi Ətiq və Əhdi Cədidə əsaslanırdı. Məlum
olduğu kimi, orta əsrlərin kartoqrafiyasına ərəb kartoqrafiyası böyük təsir
göstərmişdir. Araşdırmaçı Əmir Eyvazın qeyd etdiyi kimi, o zaman ərəb xəritələrinin
üzü avropalılar tərəfindən birbaşa köçürülürdü və ərəb dilindən necə gəldi tərcümə
edilirdi. Məlumdur ki, orta əsrlər ərəb yazılışı çox zaman saitlənmədən istifadə
etmirdi (saitlər göstərilmirdi), bu, demək
olar ki, bütün coğrafi adların ixtisar edildiyi xəritələrdə xüsusilə geniş
yayılmışdı. Ona görə də ərəbcə RMN adətən, Ermənistan kimi deyil, Romaniya
(Romeya, Rum) kimi və ya müasir dillə desək, Bizans kimi təfsir edilirdi. Ptolomeyin
xəritəsi orta əsrlərdə Avropada peyda olanda, Bizans imperiyası hələ yetərincə
böyük bir dövlət idi. Lakin, o, uzun müddət - artıq çoxdan Osmanlı imperiyasına
çevriləndə də hətta Rum adlanırdı.
Məhz bu Rum ərazisi də ərəb dilindən “Armenia Major”
kimi tərcümə edilən və XIV əsrdə Osmanlı imperiyasını lokallaşdıran bir sıra
orta əsr xəritələrində göstərilmişdir. Hələ 1453-cü il gəlməyib, II Mehmet hələ
Konstantinopolu fəth etməyib, imperiya da hələ bütün Kiçik Asiyaya yayılmayıb,
amma o, artıq Böyükdür! Axı bu, necə ola bilər – “qədim” kartoqraflar gələcəkdə
nə baş verəcəyini haradan bilirdilər?
Üstəlik, coğrafi adlar çox tez-tez hansısa orta əsr
rahibi tərəfindən yalnız təkcə Bibliyada olmasına görə xəritələrə özbaşına
daxil edilirdi. Bəs onlar Bibliyada necə olub ki, peyda olublar, bunu isə heç
kim bilmir.
Erməni ideoloqları bu və ya digər torpaqların
“Böyük Ermənistan”a məxsus olmasını ilk növbədə “qədimi” xəritələrə görə əbəs
yerə əsaslandırmırlar. Axı bunun belə olmadığını sübut etmək o qədər də asan
deyil və erməni “xüsusiləri”nin çox püxtələşdikləri
faydasız elmətrafi mübahisə və diskussiyalarda “başını itirmək” kimi böyük risk var. Əsrlərdir ki, bu cür xəritələrin
çoxunun mötəbərliyi ətrafında mübahisələr gedir. Məgər bu cür xəritələr və Nuh əyyamının
tarixi arqumentləri əsasında nəyisə, xüsusən də hazırkı real dövlətlərin sərhədlərinin
yenidən dəyişilməsini əsaslandırmaq mümkündürmü? Ermənilərin xristianlığın qəbulundan
tutmuş Nuhun gəmisinin quru üzərinə çıxmasına qədər hər şeydə ən “birinci” və
“qədim” olmasını hamıya sübut etmək kimi maniakal arzular erməni millətçilərinə
digər xalqlara qarşı ərazi və mədəni-tarixi
iddialar irəli sürməyə imkan verir.
Bu zaman ermənilər “antik” və ya “qədimi” xəritələrə
istinad etməyi xoşlayırlar. Bu xəritələrdə kimsə bir göz qırpımında “Ermənistan”
sözünü yazıb. Amma yaşayış məntəqələrinin göstərildiyi bu cür xəritələri nəzərdən
keçirəndə aydın olur ki, orada erməniliklə bağlı nəsə axtarıb tapmaq gündüz
çıraq işığında da mümkünsüzdür. Erməni millətçiləri uzun illər regionlarda olan
və sonradan hər şeyi xəritələşdirən konkret adamların, mütəxəssislərin tərtib
etdikləri bu cür xəritələrdən uzaq qaçmağa çalışırlar.
Azərbaycan
dövləti, xanlıqları, toponimləri və coğrafi adları XVII-XIX əsrlərin əcnəbi xəritələrində
Deyək ki, əgər ermənilər qədimdən Qafqazda, indiki
Ermənistan Respublikasının ərazisində yaşasaydılar, o zaman regionun Rusiya,
ingilis, alman və digər xəritələrində şübhəsiz ki, çoxlu sayda erməni yaşayış məntəqələri
və adları işarələnməliydi. Lakin hərbi kartoqraflar, diplomatlar və tədqiqatçılar
tərəfindən tərtib olunmuş XVII-XIX əsr xəritələrinin diqqətlə nəzərdən keçirilməsi
zamanı belə bir şey aşkarlamaq mümkün olmur. Əksinə, hər yerdə Azərbaycan, türk
yaşayış məntəqələrinin, dağların, çayların və göllərin adlarına rast gəlinir.
Məsələn, “Gülüstan sülh müqaviləsi əsasında sərhədlər üzrəZaqafqaziya vilayətində 1809-cu ildən 1817-ci ilə qədər hərbi əməliyyatlar xəritəsi”nə müraciət edək (Tiflis, 1902-ci il, general-mayor
Pottonun redaksiyası altında). Bu xəritə Rusiya imperiyasının tərkibinə yaxın
vaxtlarda daxil olan regionlarda inzibati-siyasi şəraiti göstərmək məqsədilə
rus generalı və hərbi kartoqraflar tərəfindən tərtib edilmişdir. Xəritədə
Rusiyanın tərkibinə daxil olan Şirvan, Aderbeycan, Şuşa və Qarabağ xanlıqları, İrəvan
xanlığı və digər müstəqil subyektlər göstərilmişdir. O zaman İrəvan xanlığı
olan hazırkı Ermənistan ərazisində Göyçə gölü, Zəngi çayı və Arpaçay göstərilmişdir,
burada heç bir erməni adı yoxdur.
Daha sonra Rusiyanın Qafqazda istila etdiyi
torpaqların ətraflı xəritələri tərtib olunmuşdur. Hərbi kartoqraflar
addım-addım region boyu gəzir və az-çox əhəmiyyətli yaşayış məskənlərini,
çayların, zirvələrin, göllərin və digər coğrafi obyektlərin adlarını qeyd
edirdilər. Çünki bu cür kartoqrafik dəqiqlik həm hərbçilər, həm də Rusiya
hakimiyyəti üçün böyük əhəmiyyət daşıyırdı. “Tiflis, Yelizavetpol və İravan quberniyalarının xəritəsi”nə baxmaq (1899-cu ildə C.Kurakin tərəfindən işlənilmişdir)
yetər ki, həmin vaxtlar Rusiya imperiyasının tərkibinə mərhələlərlə daxil
olmasından 70-90 il keçməsinə baxmayaraq, XX əsrin əvvəllərində hazırkı Ermənistan
torpaqlarında coğrafi adların 90 faizinin Azərbaycan və türk adları olaraq
qalmasına əmin olasan.
1903-cü ildə Qafqaz hərbi dairəsinin tərtib etdiyi
xəritə daha mükəmməl və genişdir. Bu, “İrəvan quberniyasının xəritəsi”dir (Qafqaz hərbi dairəsinin hərbi-topoqrafiya şöbəsində
tərtib edilmiş və litoqrafiya üsulu ilə çap olunmuşdur, Tiflis, 1903-cü il). Bu
xəritə də sübut edir və xırdalıqlarına qədər göstərir ki, İrəvan quberniyasında
və ermənilərin sıx yaşadıqları Yenibəyazit qəzasında demək olar ki, bütün
coğrafi və inzibati adlar məhz Azərbaycan və türk mənşəlidir.
Erməni saxtakarlarının çox vaxt xəritələrdə “Arsax”
kimi təsvir etdikləri Qarabağı da xatırlamaq olar. 1823-cü ildə rus və fransız
dillərində tərtib olunmuş “Gürcüstanın baş xəritəsi” saxlanmışdır. Bu xəritəyə diqqət yetirdikdə
Qarabağ və İrəvan xanlıqlarının ərazisində hansı yaşayış məntəqələrinin adlarının
qeyd olunduğunu görmək olar. Adlar başdan-başa Azərbaycan adlarıdır, ona görə də
belə bir sual yaranır: erməni tarixçilərinin yazdıqları kimi “gəlmə köçərilərin”
– Osmanlı türklərinin və Azərbaycan xanlıqlarının zülmü altında yaşayan ermənilərin
axı hanı bəs şəhər və kəndləri?
Bu cür xəritələr bizdə və ümumiyyətlə, internet məkanında
həddən artıqdır, Rusiya və digər xarici arxivlərdə isə daha çoxdur.
Ortaya belə bir məntiqli sual çıxır: əgər erməni tarixçilərinin
iddia etdikləri kimi, ermənilər Qafqazda qədim dövrlərdən yaşayırlarsa, onda bəs
nə üçün heç bir ciddi dəqiq xəritədə çoxlu sayda erməni yaşayış məntəqələri və
coğrafi adlar yoxdur? Axı əgər ermənilər minilliklər ərzində bizim regionda
yaşayıblarsa, bu, çox böyük sayda inzibati, topoqrafik, coğrafi adlar şəklində,
hidronim və toponimlərdə qorunub saxlanmalıydı. Lakin XVII-XIX əsrlərin və daha
əvvəlki dövrün xəritələri ilə tanış olarkən əmin ola bilərik ki, adların böyük əksəriyyəti
türk mənşəlidir və bu, rus, ingilis, alman, holland və başqa əcnəbi mənbələr tərəfindən
də təsdiqlənmişdir.
Erməni saxtakarları mükəmməl dəqiq xəritələrdən
qaçırlar və kiminsə “Ermənistan” sözünü yazdığı (bəzən onu haraya gəldi yazıblar:
hətta Dərbənddən yuxarıda, indiki Dağıstanda və ya İranın mərkəzində) şübhəli
“qədimi” xəritələrə istinad edirlər.
Rusiyanın birinci imperatoru – I Pyotrun əmri ilə tərtib
edilən “Xəzəryanı torpaqların xəritəsi” (1723-cü il) vardır. I Pyotr o zaman – XVIII
yüzilliyin 20-ci illərində Səfəvilər imperiyasından qərbi Xəzəryanı torpaqları
ilhaq etmişdi. O, erməniləri möhkəm sevir və özünün Qafqazda işğalçılıq siyasətində
onlara etibar edirdi, ona görə də ermənilərə qarşı hansısa qərəzçilikdə onu
günahlandırmaq olmaz. Və əgər ermənilər regionda heç olmasa cüzi də olsa, nəsə əhəmiyyətli
bir rol oynasaydılar, şübhəsiz ki, bu məsələ həmin xəritədə öz əksini tapardı.
Axı I Pyotr Türkiyə ilə mübarizədə ermənilərdən istifadə etmək niyyətindəydi.
Pyotrun bu xəritəsində orta əsr xəritələrindəki
köhnə ənənələrə əsasən, latın sözü ilə - Media
– Midiya adlandırılan (hətta Strabon da bugünkü Azərbaycanı məhz Atropat Midiyası
adlandırır) Azərbaycana tarixən aid olan İrəvan (indiki Yerevan) göstərilmişdir.
Araz və Kür çayları arasında Bərdə şəhəri (“Partav”
yox), Qarabağ vilayəti (“Arsax” yox) mərkəzi şəhəri ilə və Astabad aydın
görünür. “Media” sözünün Azərbaycana aid olduğunu nəzərə alaraq və xəritədə isə
Şimali Azərbaycanın da onun tərkibinə daxil edildiyinə əsasən, belə bir qənaətə
gəlmək olar ki, Şirvan, Qarabağ və bütün Araz və Kür çaylarıarası ərazi tarixən
Media kimi - başqa sözlə, Azərbaycan
kimi işarələnmişdir.
Bundan başqa, xəritədə o da aydın görünür ki, Dərbənd
şəhəri Şirvanın (Azərbaycanda vilayət və
dövlət) tərkibinə daxil olmuş və Dağıstanın coğrafi hissəsi olmamışdır.
Daha bir xəritə - Xomannın (XVII əsr) tərtib etdiyi
“Rusiya imperiyasının xəritəsi” də vardır. Burada da qonşu ölkələr, regionlar, o
cümlədən həmin dövrdə hələ Çar Rusiyasının tərkibinə daxil olmayan Cənubi
Qafqaz göstərilmişdir.
Göründüyü kimi, Xomannın xəritəsində heç bir Ermənistan
yoxdur. Məsələ ondadır ki, XVII əsrdə əhəmiyyətli erməni inzibati vahidi və ya ələlxüsus
da erməni dövləti qətiyyən mövcud olmamışdır. Həmin dövrdə Azərbaycanın əhəmiyyəti
və onun əhalisi xəritədə çox gözəl əks olunmuşdur: Azərbaycan (xəritədə ADIRBEIZAN)
– Səfəvilər dövlətində mərkəzi vilayət; Azərbaycan türkləri – həmin dövrdə həmçinin
qızılbaşlar adlananlar (xəritədə KISILBASSE) Səfəvilər dövlətinin titul millətidir,
onların dili imperiyanın dövlət dilidir.
Səfəvilər imperiyasının Azərbaycanda yaradılmasını,
onun paytaxtının burada yerləşdiyini sovet tarix elmi də təsdiq etmişdir. “Səfəvilər dövləti XVl əsrdə - XVIII əsrin əvvəllərində” xəritəsinə baxmaq yetər ki, Azərbaycan ərazisini,
onun paytaxtını görəsən və Şərq tarixində onun aparıcı rolunu başa düşəsən. Başqa
bir sovet xəritəsi “X əsr Salarilər dövləti” Azərbaycan ərazisini ətraflı şəkildə göstərir: Dərbənddən
Həmədana qədər, indiki Ermənistan-Türkiyə sərhədindən: Qars və Gümrüdən Gilan
vilayətinə qədər.
“XIX əsrin birinci yarısında Qafqaz” adlı sovet xəritəsində mərhələlərlə Çar
Rusiyasına birləşdirilən Azərbaycan xanlıqları öz əksini tapmış və heç bir yerdə
hansısa erməni törəməsi göstərilməmişdir, çünki belə bir şey sadəcə olaraq heç yox idi.
Həmçinin, 1815-ci ilin ingilis xəritəsi vardır ki, burada da toponimlərin, hidronimlərin və
regionların Azərbaycan və türk adları aydın şəkildə göstərilmişdir.
Mövzunu yekunlaşdıraraq təsdiq edə bilərik ki,
Qafqazda ermənilərin tarixinin qədimliyi ilə bağlı erməni dəlil və faktlarının əksəriyyətini
yoxlayarkən bunların düşünülmüş və yaxşı bəzədilmiş saxtakarlıqlar olduğu məlum
olur. Onların ilkin mənbələrini yoxlayarkən “heç hara” aparmır. Məhz ciddi
ilkin mənbələr problemi erməni tarix elminin və ideologiyasının “Axilles dabanı”dır, bu səbəbdən də tədqiqatçı və mütəxəssislərin
Qafqazda “Böyük Ermənistan” mifinin yaradıldığı mənbə və sənədləri yoxlaması
yerinə düşərdi. Bu məqsədlə erməni ideoloqlarının qonşu xalqların torpağına, mədəniyyətinə
və tarixinə iddialarında həmişə istinad etdikləri ilkin mənbələrin və arxiv
materiallarının araşdırılmasını təşkil etmək gərəkli olardı.
P.S. Alman xəritəçisi G.V. Zoyterin 1730-cu ildə
hazırlanan “Map of Turkey (Ottoman Empire), Persia and Arabia”, Amerikanın Boston şəhərində 1835-ci ildə “Persia, Arabia, Tartary, Afghanistan” və Böyük Britaniyanin paytaxtı Londonda “Russia in Europe Part IX and Georgia. Caucasus,Circassia, Astrakhan, Georgia” 1835-44-cü illərdə dərc olunan xəritələrində İrəvan (indiki Ermənistan)
Azərbaycanın ərazisi olarag qöstərilmişdir. Bu mövzuya daha ətraflı “Avropa, Amerika xəritələri və mənbələri Azərbaycanvə onun əhalisi haqqinda”,
“Antik müəllifləri erməni uydurmalarını ifşa edir” və s. məqalələrimdə
toxunmuşam. Mövzunun geniş elmi təqdiqatına isə “Azərbaycan və erməni məsələsi Qafqazda” adli monoqrafiyam həsr olunmuşdu.
Rizvan Hüseynov
1 коммент. :
Tarixi kecmisimizi unutdugumuz ucun isgallar hele de davam edir...
Reply