Причины нагнетания ситуации на линии армяно-азербайджанского фронта - СВС
12-18 ноября в Вооруженных силах Азербайджана пройдут крупномасштабные учения с целью проверки системы управления войсками и оружием в полевых условиях. На учения будут привлечены до 60 тыс. личного состава, более 50 единиц самолетов и вертолетов, более 150 единиц танков и бронетехники, a также до 700 систем ракетных войск и артиллерии.Об этом сообщает пресс-служба министерства обороны Азербайджана. Ризван Гусейнов дал телеканалу СВС комментарий относительно причин роста напряженности на линии армяно-азербайджанского фронта в Карабахе.
Son günlərdə Ermənistan silahlı qüvvələrinin cəbhədə gərginliyi artırmasının səbəbi aprel döyüşlərində Azərbaycanın azad etdiyi torpaqları geriyə qaytarmaq cəhdidir. Hərbi ekspert Rizvan Hüseynov belə deyir. Bildirir ki, ordunun məğlubiyyətindən sonra Ermənistan silahlı qüvvələrində köklü dəyişikliklər olub və yeni təyinat alan şəxslər özlərini göstərmək üçün həmin torpaqları yenidən işğal etmək istəyirlər. Bu istəklərinə nail olmaq üçün işğalçı ordu daha ağır silahlardan belə istifadə etməkdən çəkinmir.
Hərbi ekspert RİZVAN HÜSEYNOV: “Bu yolla erməni tərəfi Azərbaycanı provokasiyaya sürükləyir. İstəyir beynəlxalq ictimaiyyətə göstərsin ki, Azərbaycan aqressiv pozisiya götürüb və danışıqlara əyləşmək mümkünsüzdür. Erməni hakimiyyəti öz xalqına izah edə bilmir ki, nəyə görə apreldən sonra uduzaraq danışıqlara getməlidir. Nə qədər ki, bu məsələ açılmayan vəziyyətdə qalıbsa, yəni erməni tərəfi açıq elan edə bilmir ki, uduzur və güzəştə getməlidir, cəbhədə gərginləşmə davam edə bilər.”
Hərbi ekspert Ramil Məmmədlinin fikrincə, məsələnin hərbi yolla həlli heç də Ermənistan üçün yaxşı nəticələnməyəcək. Çünki Azərbaycan ordusu dəfələrlə güclüdür və bunu təkcə Ermənistan deyil, bütün dünya birliyi anlayır.
Hərbi ekspert RAMİL MƏMMƏDLİ: “Qərbin tanınmış sorğu qurumlarından biri ölkələrin silahlı qüvvələrinin döyüş bacarığı və, ümumiyyətlə, gücü ilə bağlı araşdırma həyata keçirmişdir. 126 ölkə arasında Azərbaycan 60-cı yer tutmuşdur. Ermənistan isə ordusunun imkanlarına görə 20-25 pillə aşağıdadır. Bu gün Azərbaycan silahlı qüvvələrinin bütün Dağlıq Qarabağ istiqamətində əməliyyatı başlamaq və onu sonadək başa çatdırmaq imkanı var. Həmçinin, düşmənlə həmsərhəd olan mövqelərimizin müdafiə xəttini gücləndirmək, saxlamaq və düşmənin hər hansı bir hücumunun qarşısını almaq imkanlarına malikdirlər”.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Almaniyaya səfər edəcək. Səfər çərçivəsində o, almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerlə görüşəcək. Böyük ehtimalla, görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq və Nalbandayan fürsətdən istifadə edərək, hadisələri təhrif edilmiş variantda çatdıracaq. Dağlıq Qarabağın qondarma rejiminin rəhbəri Bako Saakyan isə, təhlükəsizlik şurasının iclasını keçirib. İclas hərbi quruculuq və döyüş qabiliyyətinin artırılması məsələlərinə həsr olunub.
Комментарии: